Futzal üzrə milli komandamızın qapıçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə səfər oyununda (3:5) qadına qarşı təqdirəlayiq davranışı ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, qolkiper ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış rəqib oyunçunun zərbəsinin qarşısını alarkən yerə yıxılıb.
Hüseynlinin ayağa qalxdığı vaxt kənarda əyləşən təmizlik işçisi meydana daxil olaraq, yeri silmək istəyib. Bu zaman qapıçımız dərhal xadimənin əlindən döşəməsiləni alıb və bu işi özü görüb.