Bakının “Sərkərdə” klubunun sabiq basketbolçusu Nikolay Kojuxari İrlandiyanın Offali şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Offsideplus.az xəbər verir ki, moldovalı legioner iki həmyerlisi ilə birlikdə 100 min avro dəyərində maddə ilə həbs edilib. 

28 yaşlı basketbolçu narkotik yetişdirməkdə və satmaqda ittiham olunur. Növbəti məhkəmə prosesi mayın 20-də olacaq.

Qeyd edək ki, Azərbaycan çempionatı koronavirus pandemiyasına görə dayandırıldığından moldovalı basketbolçu ölkəmizdən ayrılıb. Onun çıxış etdiyi “Sərkərdə” 19 oyundan 28 xalla 5-ci yeri tutub.