ESPN-in ekspertləri qarşıdakı NBA mövsümünün nəticələri ilə bağlı proqnozlarını açıqlayıb. Şərqi Konfransda "Nyu-York Niks" və "Detroyt Pistons" 53 qələbə ilə liderliyi bölüşəcəklər. "Klivlend Kavalers" 51, "Filadelfiya Seventi Siksers" isə 50 qələbə ilə ilk dördlüyü tamamlayacaq. "Boston Seltiks" 48 qələbə ilə beşinci, "Mayami Hit" və "Atlanta Hoks" isə hərəyə 47 qələbə ilə altıncı və yeddinci yerləri tutacaq. "Bruklin Nets" isə 18 qələbə ilə sonuncu pillədə qərarlaşacaq.

Offsideplus.az xəbər verir ki, Qərbi Konfransda "San-Antonio Spurs" 62 qələbə ilə birinci olacaq. "Oklahoma Siti Thunder" 60, "Denver Naqgets" və "Hyuston Rokets" isə hərəyə 51 qələbə ilə növbəti yerləri bölüşəcək. "Minnesota Timberwolves" 50, "Los Anceles Leykers" 45, "Portlend Treyl Bleyzers" 43, "Finiks Sans" isə 42 qələbə ilə ilk səkkizliyi tamamlayacaq. "Qolden Steyt Uorriors" 35, "LA Klippers" 33, "Dallas Maveriks" isə 32 qələbə ilə mövsümü orta sıralarda başa vuracaq.