Keçmiş "Filadelfiya Seventi Siksers" baş məşqçisi Brett Braun komandanın LeBron Ceyms və Ceylen Braun kimi ulduzları heyətinə qatmasına münasibət bildirib. O, bu transferlərin şəhər üçün böyük hadisə olduğunu və oyunçuların, eləcə də baş məşqçi Nik Nörsün əməyi sayəsində LeBronun məhz "Siksers"i seçdiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Braun yeni heyətin liqada istənilən rəqiblə mübarizə aparmağa qadir olduğunu deyib. O, bunun Joel Embiid üçün bəlkə də son şans olduğunu qeyd edib: "Bu, Embiidin ürəyində həmişə arzuladığı kimi, çempion kimi yadda qalması üçün bir fürsətdir. Filadelfiyadakı əvvəlki illərimi xatırlayanda, xüsusilə Embiid barədə eyni fikirdəyəm" – deyə Braun bildirib.