Çempionlar Liqasına vəsiqə qazanan "Fənərbağça" heyətini gücləndirməyə davam edir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" "Nitsa" ilə Koco Opponqun transferi üçün razılığa gəlib.

İstanbul klubu qanalı futbolçu üçün 13 milyon avro ödəyəcək. Onunla 4 illik müqavilə imzalanacaq.

22 yaşlı Opponq müdafiənin mərkəzində oynayır.