Filadelfiya "Siksers"in ulduz müdafiəçisi Tayriz Maksi Lebron Ceymsin komandaya qoşulması barədə təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, Maksi bu prosesin asan keçdiyini bildirib: "Çox zəng və ya mesaj olmadı. Bir neçə dəfə yazışdıq, bir neçə dəfə danışdıq. LeBronu xüsusi razı salmağa ehtiyac olmadı. Biz yaxşı dostuq. Yəni, o məndən xeyli yaşca böyükdür, amma yəqin ki, dostuq", – deyə 25 yaşlı oyunçu gülümsəyərək qeyd edib.

O, həmçinin "Siksers"in yeni oyunçularının daxil olduğu çatda əla ab-havanın olduğunu, hər kəsin tezliklə komandaya uyğunlaşmaq və birləşmək istədiyini vurğulayıb. Maksi əlavə edib ki, əgər onlar çempion olsalar, Ceylen Braunla birlikdə paraşütlə tullanmayacaq: "Bu, baş verməyəcək. Mən yerdən izləyəcəyəm", – deyə oyun qurucu bildirib.