NBA pley-off mərhələsində "Oklahoma Siti Tander", "Los Anceles Leykers"i 125-107 hesabı ilə məğlub edərək Qərb Konfransının yarımfinal seriyasında hesabı 2-0 edib.

Offsideplus.az xəbər verir ki, cari mövsümün MVP namizədi Şey Gilcus-Aleksanderin 22 xal topladığı oyunda "Tander", rəqibin 21 top itkisindən maksimum yararlanıb. Bu məğlubiyyət LeBron Ceymsin pley-off karyerasındakı 300-cü oyununa təsadüf edib.

Qalib komandada Çet Holmqren 22 xal və 9 ribaund, Edcey Mitçell 20 xal, ehtiyatdan oyuna daxil olan Cared Makkeyn isə 18 xalla qələbəyə töhfə verib. "Leykers" tərəfində Ostin Rivsin 31 xallıq performansı məğlubiyyətin qarşısını almağa yetməyib.

Şərq Konfransında isə lider "Detroit", öz meydanında "Cleveland Cavaliers"i 107-97 hesabı ilə üstələyərək seriyada 2-0 önə keçib.