"Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Kubokunun finalında "Gəncə"yə qarşı oyundan sonra fikirlərini bölüşüb. 

Offsideplus.az xəbər verir ki, litvalı mütəxəssis bu sözləri deyib:

"Üstünlüyümüzü əldən verdik. Bəzi epizodlarda konsentrasiyanı itirdik. 30 dəqiqə oyuna nəzarət bizdə idi. 4-cü period isə ağır alındı. Qələbəmizə tez inandıq. "Gəncə"ni təbrik edirəm. Bizimlə oyuna yaxşı hazırlaşmışdılar".

Qeyd edək ki, "Sabah" 89:82 hesabı ilə "Gəncə"yə məğlub olub.