Bu gün Basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, saat 18:00-da "Ordu" klubu "Sabah"la qarşılaşıb. Görüş "Sabah"ın 66:83 hesablı qələbəsi ilə yekunlaşıb. Rimas Kurtinaytisin komandası finala yüksələn ilk kollektiv olub.

Yarımfinalın ikinci matçı isə "Gəncə" və "Şəki" arasında keçirilib. Bu görüşdə "Gəncə" rəqibi 97:71 hesabı ilə məğlubiyyətə uğradıb.

 Hər iki oyun Bakı İdman Sarayında təşkil olunub.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-i, saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq.

Azərbaycan Kuboku, yarımfinal 

"Sabah" - "Ordu" 66:83 (20:31, 13:17, 15:16, 18:19)

"Gəncə" - "Şəki" 97:71 (20:16, 25:26, 23:11, 29:18)