"Gəncə"nin baş məşqçisi Halil Atlı "Neftçi" üzərindəki qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib:
"Çox pis başladığımız oyunu sonda nəticəyə daşıdıq. Komandamı buna görə təbrik edirəm, yarımfinaldayıq.
Belə oyunlar çempionatdan fərqlənir. Meydançada kim qələbəni daha çox arzulayırsa, o da istəyinə çatır. Fasilədən sonra, oyunun ikinci bölümündə qalib gəlməyi çox istədik. Texniki dəyişikliklər işə yaradı. Çətin qələbə qazandıq. Addım-addım irəliləyəcəyik. Növbəti oyuna konsentrasiya olacağıq".
Qeyd edək ki, "Gəncə" "Neftçi"ni məğlub edərək Azərbaycan Kubokunda yarımfinala yüksəlib.



