ABL-nin növbəti turunda "Sabah" "Abşeron Lions"a 96:117 hesabı ilə qalib gəlib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra "bayquşlar"ın baş məşqçisi Rimas Kurtinaytis fikirlərini bölüşüb:

"Hər oyuna qələbə üçün çıxırıq. "Absheron Lions" ilə ötən oyundan müəyyən nəticələr çıxarmışdıq. Rəqib çox yaxşı komadadır. Rəqibin lideri Freyzeri neytrallaşdırmağı bacardıq. Müdafiədə oyunumuzdan razı qalmasam da, oyuna nəzarət bizdə idi. Başlanğıc bir qədər əsəbi alındı. Amma bu səviyyədə oyunlar üçün bunu normal hesab edirəm. Qələbəyə görə şadam. Bu gün güclü tərəf biz idik. Lakin bu oyunu unudub, növbəti görüşlərə hazırlaşmalıyıq. Qarşıda kubok oyunları da var. Liqada inkişaf hiss olunur. Komandalar heyətlərinə yaxşı legionerlər cəlb ediblər. "Absheron Lions" avrokuboklardan sonra daha fərqli oynayır. Düşünürəm ki, həm onlara, həm də bizə avrokubok təcrübəsi çox faydalı oldu".