"Sabah"ın basketbolçusu Hassani Qravett diqqətləri üzərinə çəkməyə bacarıb.

Offsideplus.az xəbər verir ki, onun Çexiyanın "Nimburk" klubu ilə qarşılaşmada nümayiş etdirdiyi möhtəşəm texniki ustalığı ilə yadda qalıb. Basketbolçunun oyunun gedişində etdiyi "spin-move" (fırlanma hərəkəti) epizodu matçın ən yaddaqalan anına çevrilib.

Avropanın ali basketbol qurumu olan FIBA, bu epizodu Çempionlar Liqasının rəsmi Instagram hesabında paylaşıb. Video qısa müddət ərzində 3 milyona yaxın baxış və 60 minə yaxın bəyənmə toplayaraq sosial mediada trendə çevrilib.

Qeyd edək ki, H. Qravett artıq 2 ildir ki, ölkənin 3 qat çempionu olan "Sabah"ın heyətində uğurlu çıxışını davam etdirir.