Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) futbol klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu dəfə bir pillə geriləyib. Ağdam təmsilçisi 68-ci yerdən 69-a düşüb.

Onların aktivində 182.5 xal var.

"Sabah" isə irəliləyib. "Bayquşlar" 252-dən 224-ə qalxıb.

"Zirə" 29 pillə enib. Onlar hazırda 389-cu yerdədir.

Qeyd edək ki, 704 komandanın yer aldığı siyahıda PSJ *613) liderdir.