Azərbaycan Basketbol Liqasında (ABL) XIII tura bu gün start verilib.
Offsideplus.az xəbər verir ki, açılış oyununda "Lənkəran" "Naxçıvan"ı qəbul edib.
Muxtar Respublika təmsilçisi özünü qonaq kimi aparmayıb və rəqibini 31 xal fərqlə məğlub edib - 106:75.
Qeyd edək ki, bu komandalar B qrupunda mübarizə aparır. "Naxçıvan" 23 xalla 2-ci, "Lənkəran" isə 17 xalla 3-cü yerdədir.
Tura yanvarın 18-də yekun vurulacaq.



