"Real Madrid" klubunun futbolçuları "Levante" ilə matçdan əvvəl azarkeşləri tərəfindən fitlənəcək.

Offsideplus.az xəbər verir ki, buna səbəb "kral klubu"nun İspaniya Kubokunda aşağı liqa təmsilçisi "Albasete"yə məğlub olaraq mübarizəni dayandırmasıdır.

Bu barədə "COPE" məlumat yayıb.

Qeyd edək ki, "Real Madrid" - "Levante" oyunu sabah Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Madrid təmsilçisi həftənin əvvəlində baş məşqçisi Xabi Alonso ilə yollarını ayırıb. Onu Alvaro Arbeloa əvəz edib.