"Azərbaycanla bir qrupa düşdüyümüz üçün çox şadam. Bu rəqib qrupumuzda ən güclü və yaxşı komandadır".

Offsideplus.az xəbər verir ki, bu sözləri Millətlər Liqasında yığmamızın rəqibi olan Kosovo millisinin kapitanı Samir Uykani deyib. Kosovo mətbuatına açıqlamasında püşkü dəyərləndirən 30 yaşlı qapıçı Millətlər Liqasının onlar üçün yaxşı təcrübə olacağını bildirib: 

"Futbol maraqlı oyundur. Bizim istedadımız var. Müvəffəqiyyət qazanacağımıza inanıram. Bu turnir bizim üçün yaxşı təcrübə olacaq. Bizim üçün ilk turnirdir. Ona görə də diqqətli və mütəşəkkil olmalıyıq".

Qeyd edək ki, Millətlər Liqasında Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşdiyi üçün fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlanlaşdırılan yoldaşlıq oyunu ləğv olunub.

qol.az