Son olaraq "Şamaxı" klubunda çalışmış Cavid Hüseynovun yeni iş yeri bəlli olub.

Offsideplus.az xəbər verir ki, o, yeni mövsümdən 2-ci liqada mübarizə aparacaq "Cəbrayıl"ın baş məşqçisi təyin edilib.

 Onun köməkçisi isə "Şamaxı"da birlikdə çalışdığı Elhad Nəziri olub.

Qeyd edək ki, Cavid Hüseynov daha əvvəl də "Cəbrayıl"ı çalışdırıb. O, bölgə klubu ilə Region Liqasının qalibi olub.