"Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Tovuz təmsilçisi Sərtan Taşkını sıralarına qatıb. Milli komandamızın da şəfərini qoruyan futbolçu ilə 2 illik rəsmi müqavilə bağlanıb.

Müdafiəçi karyerası ərzində "Keşlə", "Sumqayıt" və "Zirə"də forma geyinib.

Qeyd edək ki, "Turan Tovuz" bunadək Aydın Bayramov və Fərid Nəbiyevi də transfer edib.