"Neftçi"nin futbolçusu Eddi İsrafilov Misli Premyer Liqasının VIII turunda "Qarabağ"a məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlama verib.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi 1:3 hesabı ilə başa çatan oyun barədə fikirlərini bildirib:

"Oyun 90 dəqiqə oynanılır, məğlub olduq. Sonadək rəqib oyuna köklənmişdi. Mübarizə aparıb 3 qol vuraraq qələbə qazandılar. Rəqibi təbrik edirəm, yaxşı heyətə malikdirlər. Keyfiyyətli oyunçuları var. Layiqli qələbə qazandılar. İlk hissədə daha çox qol vura bilərdik. Amma bunu bacara bilmədik. Mən oyunun içindəyəm. Siz kənardan müşahidə edirsiniz. Bəlkə mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsünüz. Qarşıda bizi daha çox matç gözləyir. Çempionat bir oyundan asılı deyil. Biz çalışıb hər oyunda qələbə qazanacağıq. Kimin çempion olacağı sonda müəyyənləşəcək".