“Neftçi” hücumçusu Mirabdulla Abbasovla yolları ayırıb.

Offsideplus.az  klubun saytına istinadən xəbər verir ki, müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Abbasov 2015-2016, 2017-2022-ci illər ərzində "ağ-qaralar"ın heyətində 111 oyun keçirib, 21 qola imza atıb.