"Qəbələ"nin kapitanı Cavid Hüseynovun durumuna aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, məşqdə zədələnən Hüseynovun 3 həftə yox, 10 gün yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Bu isə o deməkdir ki, Hüseynov Avropa Liqasının ilkin mərhələsində komandasına kömək edə biləcək.