Kosovo Futbol Federasiyasının prezidenti Fadil Vokrri vəfat edib.

Offsideplus.az xəbər verir ki,  58 yaşlı veteran futbolçu bu gün səhər saatlarında  ürək tutmasından dünyasını dəyişib. 

Ürəyində ağır hiss edən F.Vokrri  xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kosovo  Millətlər Liqasında yığmamızla eyni qrupda mübarizə aparacaq.