İrlandiya millisinin baş məşqçisi Stiven Kenni DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçirəcəkləri matç barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis Portuqaliya ilə oyundan sonra (1:2) BBC-yə açıqlamasında futbolçularına güvəndiyini bildirib:

"Futbolçularıma güvənim sonsuzdur. Azərbaycanla matçı evdə keçirəcəyik. 28 min azarkeşin dəstəyi ilə oynamaq əla olacaq. Çünki enerjiyə ehtiyacımız var. Doğma meydanda çıxış etmək bizim üçün stimul olacaq".

Qeyd edək ki, sentyabrıın 4-ü keçiriləcək İrlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-də start götürəcək.