“Neftçi” futbolçusu Mirabdulla Abbasovla yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək. 

Qeyd edək ki, M.Abbasov “Neftçi”də keçirdiyi 7 mövsüm ərzində 95 oyunda meydana çıxıb, 20 qola imza atıb.

 Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov, Fəhmin Murabəyli və Mamadu Mbodjla yeni müqavilə bağlamışdı.