“Səbail” Peşəkar Futbol Klubu növbəti mövsümdən etibarən fəaliyyətini dayandırması ilə bağlı yayılan informasiyanı təkzib edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "dənizçilər"in rəsmi "facebook" hesabında paylaşım edilib. 

Həmin paylaşımı olduğu kimi sizə təqdim edirik:

"Səbail” Peşəkar Futbol Klubunun növbəti mövsümdən etibarən fəaliyyətini dayandırması ilə bağlı bu gün yazılan informasiya heç bir fakta əsaslanmır. Tamamilə, əsassızdır. 

Mövsümün gedişində hər hansısa futbolçunun komandadan ayrılması bir çox ölkədə, yerli və xarici klublarda baş verən hadisədir. Bu səbəb, növbəti mövsüm komandanın fəaliyyətinə davam etməməsinə əsas vermir. 

İctimaiyyətdən xahiş edirəm ki, klubumuz ilə bağlı yalnız rəsmi şəxslərdən, klubun rəsmi saytından, həmçinin sosial media hesablarından paylaşılan məlumatlara inanıb, etibar etsinlər! Bir daha qeyd edirəm ki, “Səbail” PFK fəaliyyətinə davam edir və edəcək.

Hörmətlə, “Səbail” PFK İB-nın icraçı direktoru Fərəc Əliyev"