Futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə ilk oyunu Filipe Pahtmanın “Zirə”də debütü ilə əlamətdar olub.

Offsideplus.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun 1:0 hesablı qələbə qazandığı görüşün 77-ci dəqiqəsində meydana daxil olan Filipe Pahtman ilk rəsmi görüşünü keçirib. Filipe klub tarixinə Braziliya vətəndaşı kimi qeydiyyatdan keçən 5-ci legioner olub. Onadək Dieqo Souza, Eduard Makiel, Mateus Albino və Rangel Kayo “Zirə”nin formasını geyinib.

Pahtman “qartallar”ın heyətində meydana çıxan ən gənc legioner olub. O, 20 yaş 9 ay 23 günlüyündə qəsəbə təmsilçisində debüt edib. Cənubi amerikalıya qədər bu rekord Georgi Qoroziyaya məxsus idi. 2016/17 mövsümündə şans qazanan gürcüstanlı 21 yaş 11 ay 10 günlüyündə ilk dəfə “Zirə” forması geyinib.