"Məşqlərimiz yüksək səviyyədədir. Ümumiyyətlə, toplanışda fiziki hazırlığa önəm veririk. Hər şey yaxşıdır və məşqlər normal keçir".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov "Neftçi TV"yə danışarkən deyib.

26 yaşlı hücumçu "ağ-qaralar"ın yeni forvard axtarması barədə bu fikirləri qeyd edib:

"Həmişə demişəm ki, sağlam və güclü rəqabət hər bir oyunçu üçün yaxşıdır. Bu, futbolçunun özünü daha da inkişaf etdirməsi üçün önəmlidir".

Abbasov baş məşqçi Samir Abasovun karyerasına çox təsir etdiyini bildirib: "2018-ci ildə İdman Araşdırmalar Mərkəzinin sorğusuna əsasən, ilin futbolçusu mükafatını alanda da demişdim ki, Samir Abasov məşqçi və insan kimi mənə çox uyğundur. Karyeramda çox önəmli baş məşqçi olub. İlk dəfə məni hücumçu mövqeyində oynadan mütəxəssisdir".