"Zirə"nin müdafiəçisi Aleksandr Şemonayev zədələnib.

Offsideplus.az xəbər verir ki, məşq zamanı ayağından xəsarət alan 33 yaşlı futbolçunun zədəsi ciddidir. Onun mövsümü vaxtından əvvəl başa vurduğu bildirilib.

Qeyd edək ki, "Zirə"nin heyətində digər müdafiəçilər - Jozef Bumla Yovan Krneta da zədəlidir. (qol.az)