"Zirə" ilə yollarını ayıran futbolçu Cavid Hüseynovun yeni klubu müəyyənləşib. 

Bu barədə 31 yaşlı yarımmüdafiəçinin özü məlumat verib. O, sabiq komandası "Qəbələ"yə qayıtdığını bildirib.

Hüseynov əyalət təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.  

Qeyd edək ki, Cavid Hüseynov 2016 - 2019-cu illərdə "Qəbələ"nin formasını geyinib. Yarımmüdafiəçi 2019/2020 mövsümünün əvvəlində "Zirə"yə keçmişdi. (Report)