"Sabah"ın üzvü Yevgeni Koçuk ölkəsinin mətbuatına açıqlama verib.

Offsideplus.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi koronavirus pandemiyasına görə, ölkəmizdə qalıb.

27 yaşlı futbolçu karantin dövründəki həyatından bəhs edib:

"Açığı, nadir hallarda yemək hazırlayıram. Bu, həftədə cəmi 1 və ya 2 dəfə olur. Ona görə də mənim nə isə hazırlamağıma ehtiyac qalmır. Bu kimi işlərlə xanımım məşğul olur. Məşqçilərin və futbolçuların həyatından bəhs edən avtobioqrafik kitablar oxumağı xoşlayıram. Bu müddətdə Ser Aleks Ferqyusonun və Ceymi Vardinin avtobioqrafiyasını oxumuşam. Kökəlməyə meylli olmasanız da, məşqsiz artıq çəki ala bilərsiniz. Düşünürəm ki, biz sağlam qidalanmalı və sağlamlığımızın qeydinə qalmalıyıq. Əlbəttə ki, məşqləri də unutmuram. Gündə iki dəfə fərdi hazırlaşıram".