AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, tribunal "Zirə"nin futbolçusu Cavid Hüseynova 4 oyunluq cəza verilməsi barədə AFFA İntizam Komitəsinin fevralın 18-də çıxardığı qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, Cavid Hüseynov fevralın 15-də Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində baş hakim Rəhim Həsənovu təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. AFFA İntizam Komitəsi Hüseynovu 4 oyunluq cəzalandırmaqla yanaşı, klubu 3200 manat cəriməyə məruz qoyub.