"Qəbələ"nin futbolçusu Cavid Hüseynov Offsideplus.az-a müsahibə verib.

- Oyunla bağlı nə deyə bilərsən?
- Gözlədiyimiz kimi qarşılaşma çətin keçdi. “Qarabağ” hücumlar edirdi və yaxşı oyun sərgilədi.
 
- Həftə ərzində qızdırmalı olmusan. Oyuna tam hazır idin?
- 1 həftə qızdırma düşmədi. 1 həftə ərzində 2 dəfə məşq etdim. Oyunda əvvəlki yüngül hazırlıqlar idi. İstər-istəməz tam hazır deyildim. Vacib oyun olduğu üçün meydanda olmaq istədim.
 
- Heç-heçə daha çox kimə sərf etdi: “Qarabağ”a, yoxsa “Qəbələ”yə?
- Oyuna baxanda bizə sərf edir.
 
- “Qəbələ”nin mərkəz forvarda ehtiyacı var?
- Bəli, var. Toplanış vaxtı da demişdik ki, hücumçu lazımdır.
 
- Komanda yoxlama oyunlarında daha istəkli görünürdü...
- Mən də onu düşünürəm. Belə oyun gözləmirdim. Çox aşağı səviyyədə çıxış etdik. “Qarabağ”la ən zəif oyunumuzu keçirdik. Udsaydıq, 1-ci pilləyə şansımız daha çox olacaqdı. Bu oyunu analiz edəcəyik. Məşçimiz bizimlə söhbət edəcək. Meydana belə çıxmaq düzgün deyil.
 
Nuh TARVERDİYEV