Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, az əvvəl başa çatan oyunda "Sumqayıt" "Zaqatala"nın qonağı olub.

Saşa İliçin yetirmələri bölgə klubunu 3:0 hesabı ilə məğlub edib və 1/8 finala yüksəlib.

"Difai" isə geri düşdüyü oyunda "Xankəndi"ni məğlub etməyi bacarıb.

Azərbaycan Kuboku, II təsnifat mərhələsi

29 oktyabr (çərşənbə)

"Zaqatala" – "Sumqayıt" 0:3 

Qollar: Aleksandr Ramalinqom, 8. Nihad Əhmədzadə, 34. Aleksa Yankoviç, 85.

"Xankəndi" – "Difai" 1:2 

Qollar: Emin Quliyev, 45+2 - Musa Musazadə, 61. Bayraməli Qurbanov, 71.