Bu gün futbol üzrə Azərbaycan kuboku uğrunda yarışda 1/4 final mərhələsinin oyunları start götürüb.
Offsideplus.az xəbər verir ki, təqvimə əsasən, bu gün 2 görüş keçirilir.
Yarışın favoriti "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Səbail"i sınağa çəkib. Qurban Qurbanovun yetirmələri birinci oyunda olduğu kimi, yenə qalib gələrək, kubok yarışında ilk yarımfiinalçı olublar.
Sumqayıtda saat 19:30-da "Sumqayıt" və "Sabah" komandaları arasında başlanan qarşılaşma isə daha prinsipial xarakter daşıyır. Kubok uğrunda mübarizə bu klublar üçün avrokuboklara gedən yolda "tamam, yoxsa davam" sualına aydınlıq gətirəcək.
27 fevral
“Qarabağ” – “Səbail” 3:1
Musa Qurbanlı, 13; Emin Rüstəmov, 43 (avtoqol); Nəriman Axundzadə, 55 - Rüfət Abdullazadə, 15
İlk oyun - 1:0
Tofiq Bəhramov adına Respublika Stadionu
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
“Sumqayıt” – “Sabah” 0:4
Anatoli Nuriyev, 55; Xəyal Əliyev, 71; Coy Leys Mikels, 82; Amin Seydiyev 90+4
İlk oyun - 0:0
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 19:30
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Nicat İsmayıllı