Formula 1-də yeni mövsümə start verilib.

Offsideplus.az xəbər verir ki, 2025-ci ilin ilk yarışı Avstraliyada baş tutur. Bir az öncə kvafilikasiya yarışları başa çatıb.

"Maklaren"in pilotu Lando Norris hamıdan sürətli olub. O, sabahkı əsas yarışa ən öndə başlayacaq.

Norrisin komanda yoldaşı Oskar Piastri 2-ci yeri tutub. Son çempion Maks Ferstappen isə 3-cü yerdən başlayacaq.

Əsas yarış sabah Bakı vaxtıyla saat 08:00-da start götürəcək.