İspaniya pilotu və "Villiams"ın yeni üzvü Karlos Saynz, Formula 1-i testlərin məhdudlaşdırılması ilə bağlı qərarı tənqid edib.

Offsideplus.az xəbər verir ki, o qoyulan qadağadan narazıdır və bununla bağlı şikayətini dilə gətirib:

"Yol üzərində iş üçün çox az vaxt var. Mənim üçün bu qaydalara yanaşma bir qədər narahatlıq doğurur. Biz bütün günləri simulyatorlarda işləyirik. Düşünürəm ki, qaydalarda dəyişikliklər edilməlidir ki, büdcə çərçivəsində komandalar özləri qərar verə bilsinlər – pulu simulyator sessiyalarına və ya bolidlə trasda işə sərf etsinlər. Əlbəttə, başa düşürəm ki, testlərin azaldılması ətraf mühitin qorunmasına yönəlib. Amma nəticədə pilotlar demək olar ki, hər gün Monaco ilə Böyük Britaniya arasında xüsusi təyyarələrlə uçurlar, yalnız simulyatorla işləmək üçün. Mən bu qaydanı başa düşmürəm. Testləri qadağan etdilər, amma komandalar simulyatorların inkişafına milyonlarla pul xərcləyirlər ki, testləri keçirməsinlər. Hər bir komandaya 10-12 test günü ayrılmalı və onlar nə etmək istədiklərinə özü qərar verməlidir".

Karlos Saynz kimdir?

Karlos Saynz (Carlos Sainz Jr.) 1 yanvar 1994-cü ildə İspaniyada doğulub. O, Formula 1-də yarışan ispan pilotudur və məşhur rally ustası Karlos Saynzın (Carlos Sainz Sr.) oğludur. Saynz 2024-cü ilin sonlarında "Ferrari" komandası ilə yollarını ayıraraq, "Villiams" komandasına keçib.

Saynzın ən böyük uğurları arasında 2020-ci ildə "Mk-Laren" ilə İspaniya Qran Prisində 3-cü yer, 2022-ci ildə "Ferrari" ilə İtaliya, Sinqapur və Qətər Qran Prislərində 1-ci yerlərin sahibi olduğunu qeyd etmək olar.