"Formula 1" üzrə Belçika Qran-prisində sıralama turu baş tutub.
Offsideplus.az xəbər verir ki, "Red Bull"lu Maks Ferstappen ən sürətli olsa da, 10 yerlik cəriməyə görə sabahkı yarışa 11-ci yerdən start verəcək.
Beləliklə, "Ferrari" pilotu Şarl Lekler bazar günü saat 17:00-da ilk pillədən başlayacaq. "Red Bull"dan Çeko Perez ikinci, Lüis Hemilton isə üçüncü yeri tutub.