"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günün ardından "Red Bull" pilotu Maks Ferstappen turnir cədvəlində liderliyini bir az da möhkəmləndirib.
Offsideplus.az xəbər verir ki, sprint yarışında üçüncü yeri tutan niderlandlı sürücü 6 xal qazanıb. Hazırda onun 75 xalı var.
Sprintdə qalib olan və 8 xal əldə edən "Red Bull"un digər pilotu Serxio Peres (62 xal) ikincidir.
İlk "3-lüy"ü bugünkü mübarizəni altıncı sırada başa vuran və 3 xal qazanan "Aston Martin" komandasından Fernando Alonso qapayır.
Yarışı ikinci sırada bitirən və aktivinə 7 xal əlavə edən "Ferrari"dən Şarl Lekler (13 xal) səkkizinci pilləyə yüksəlib.
Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.