"Formula 1" üzrə Azərbaycan Qran Prisində sprint (qısa) yarışları üzrə sıralanma turu baş tutub. 

Offsideplus.az xəbər verir ki, "Ferrari"nin pilotu Şarl Lekler təsnifat mərhələsinin sonlarında baryerlərə çırpılsa da ilk pilləni tutub. "Red Bull"dan Serxio Peres ikinci, onun komanda yoldaşı Maks Ferstappen isə üçüncü yerdə qərarlaşıb. 

 Qeyd edək ki, ötən gün Lekler sıralama turunda lider olmuşdu.