Ermənistan "Formula 1" üzrə Azərbaycan Qran Prisinin ləğv olunmasını istəyir.
Offsideplus.az xəbər verir ki, buna Dağlıq Qarabağ ermənilərinə tətbiq edilən soyqırım və insanların öz vətənlərini tərk etməyə məcbur edilməsi səbəb kimi göstərilib. Bu barədə Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bu gündən start götürən yarış aprelin 30-dək davam edəcək.