"Ferrari"nin pilotu Şarl Lekler cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, buna komandanın Bəhreyn Qran Prisində Leklerin idarə etdiyi bolidin mühərrikini dəyişdirməsi səbəb olub. Lekler Səudiyyə Ərəbistanı Qran Prisində 10 sıra geridən başlamalı olacaq.
Qeyd edək ki, Lekler həmin yarışın 40-cı dövrəsində yarışı dayandırıb.