Son günlər 1938-ci ildə istehsal olunmuş, 1.5 milyon AZN-ə satışa çıxarılan retro avtomobil sosial şəbəkələrdə və KİV-də müzakirə mövzusuna çevirilib.

Heç kimə sirr deyil ki, Bakıda bir çox məşhur şəxslər bahalı retro avtomobillərə sahibdirlər. Varlı ərəblərdən heç də geridə qalmayan, retro avtomobil həvəskarlarının bəzilərinin Bakıda hətta muzeyləri də mövcuddur.

Offsideplus.az xəbər verir ki, uzun illər sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan milli komandasının böyük məşqçisi olmuş, hazırda Sərhədçi İdman Mərkəzinin rəis müavini vəzifəsini tutan Firdovsi Umudov da qiyməti 1 milyon manata yaxın retro avtomobilə sahibdir. 

Firdovsi Umudov 1936-cı il istehsalı olan "BMW 326 Bj” avtomobili almaq üçün 600 min manata yaxın puldan keçməli olub. O, həmçinin avtomobil üçün öz ad və soyadına uyğun dövlət nömrə nişanı da alıb - 99-FU-990. 

Qeyd edək ki, Firdovsi Umudov özü də avtomobilin fotosunu "WhatsApp” profilində də paylaşıb. 

Onu da bildirək ki, 2002-ci ildən etibarən Dövlət Sərhəd Xidmətinin əməkdaşı olan Firdovsi Umudov 2022-ci ildə polkovnik hərbi rütbəsi ilə təltif edilib.(qaynarinfo.az)

a5712ea34a9d61a8770b5fe7f0a8d348cf29636c 621c 423e 827a e876ad4aa959 jpg