“Red Bull” komandasını təmsil edən niderlandlı pilot Maks Verstappen Formula 1 üzrə dünya çempionatının 12-ci turu olan Fransa Qran Prisinin qalibi adını qazanıb.

Offsideplus.az verir ki, ikinci yeri “Mercedes”in britaniyalı pilotu Luis Hamilton tutub. Onun həmyerlisi və komanda yoldaşı Corc Rassel üçüncü yerdə qərarlaşıb.

Növbəti mərhələ iyulun 29-dan 31-dək Macarıstanda keçiriləcək.