Formula 1 Avstraliya qran-prisi ilə müqaviləni uzadıb.

Offsideplus.az xəbər verir ki, yeni sövdələşmə 2035-ci ilədək nəzərdə tutulub.

Razılığa əsasən, 2023-cü ildən yarış həftəsonunda "Formula 2" və "Formula 3" yarışları da keçiriləcək.

Qeyd edək ki, Avstraliya qran-prisi 1996-cı ildən Melburnda təşkil olunur.