Bakıda Formula 1 üzrə növbəti qran-pri yarışı keçirildi.

Budəfəki yarış bir sıra özəllikləri ilə də yadda qaldı. Paytaxtımızda baş tutan qran-pridə nəinki Bakıdakı yarışlar, ümumilikdə Formula 1 tarixində bir ilk yaşandı. Belə ki, marşallardan ibarət postlardan biri sırf xanımlardan təşkil olundu.

bandicam 2022 06 15 16 55 34 806

Mövzu ilə bağlı Bakı Metropoliteninin Reklam və Marketinq şöbəsinin rəisi Lalə Babayevaya müraciət etdik. O, ilk olaraq yarış barədə fikirlərini bölüşdü. Qurum rəsmisi marşalların fəaliyyətinə də toxundu:

"Məncə, budəfəki qran-pri də yüksək səviyyədə keçdi. Ümumiyyətlə, Bakıda keçirilən yarışlarda indiyədək çətinliyimiz olmayıb. Xüsusi bir məsələni qeyd etmək istəyirəm ki, bu yarışda biz tərəfdən həyata keçirilən çox maraqlı bir proyekt də vardı. Belə ki, sektorlardan birindəki post sırf qızlardan təşkil olunmuşdu. Bu da Formula 1 tarixində bir ilk idi. İndiyədək dünyanın heç bir ölkəsində Formula 1 yarışlarında postun ancaq qızlardan ibarət olması faktına rast gəlinməmişdi. Çünki adətən bu işlə kişilər daha çox məşğul olur. Bu baxımdan, Bakıdakı qran-pri yarışın tarixinə iz qoymuş oldu".

O, marşalların kateqoriyaları və funksiyaları haqda danışdı.  O cümlədən də bu işin riskli tərəflərinin olduğunu söylədi:

"Marşal dedikdə buraya bir neçə kateqoriya daxildir. Bura təxliyyə, yanğınsöndürmə, tibbi, texniki təftiş, pit və sıra düzülüşü, bayraq, müşahidə və müdaxilə marşalları daxildir. Təxliyyə marşalları - hərəkəti mümkün olmayan qəzaya uğramış maşınların xüsusi texniki vasitələr ilə trek ərazisindən təxliyyə olunmasını təmin edir. Yanğınsöndürmə marşalları: trek ərazisində maşınlarda alov təhlükəsi zamanı həmin təhlükənin aradan qaldırılması ilə məsuldur. Tibii marşallar -  trek ərazisində fəaliyyət göstərən yarış rəsmilərinə və pilotlara tibbi müdaxilə ehtiyac duyulduğu halda hərəkətə keçən komandadır. Texniki təftiş komandası -  yarışda iştika edəcək maşınların FİA texniki və təlükəsizlik qaydalarına riayyət olunmasına nəzarə edirlər. Pit və sıra düzülüşü komandası: Pit ərazisi və sıra düzülüşündə qaydalara riayyət olunmasına nəzarət edir. Bayraq marşalları -  müvafiq bayraqlar vasitəsi ilə sürücülərlə birbaşa visual əlaqə yaradaraq qarşıda baş vermiş hər hansı bir hadisəyə uyğun məlumatı ötürür. Müşahidə marşalları - ərazidəki baş vermis hadisələr ilə bağlı məlumatı bir başa yarış idarəetmə mərkəazinə ötürür. Müdaxilə marşalları: trekdə yaranmış hər hansı bir maneəni aradan qaldırmaq üçün trekə müdaxilə edir. Bütün marşalların gördüyü iş çətin və məsuliyyətlidir. Çünki atılacaq bir səhv addım ciddi problemlərə səbəb ola bilər. Əgər aidiyəti zonalarda hər hansı bir hadisə baş verərsə, dərhal yarış idarəetmə mərkəzinə ("Race control") radio vasitəsilə məlumat verirlər. Hər marşal bizim üçün çox vacibdir. Çünki hər biri öz üzərinə düşən funksiyanı layiqincə yerinə yetirməlidir. Bunuda qeyd etmək istərdim ki, trek ərazisi marşallar üçün 17 sektora bölünür və bu sektorlarda əraziyə görə postlara bölünür. Bu il keçirilən yarışda bu postlardan biri yalnız xanımlardan ibarət idi. Bu hal beynəlxalq avtoidman mediasında xoş təəcüblə qarşlandı".

bandicam 2022 06 15 16 56 02 175

Həmsöhbətimiz bildirdi ki, azərbaycanlı qız marşalların fəaliyyəti dünyaca məşhur telekanalların da diqqətini çəkib:

"Dünyaca məşhur "Sky Sports" kanalı müsahibə götürəndə bu məqama xüsusi diqqət yetirdi. Onlar qeyd etdi ki, Bakıdakı qran-priyə gələn xanım marşallar yaxşı vəzifələrdə çalışsalar da, yenə də vaxt ayıraraq Formula 1-ə gəlir və burada yüksək səviyyədə fəaliyyət göstərirlər. Adlı-sanlı telekanalın buna yüksək qiymət verməsi və qabartması bizdə məmnunluq hissi doğurdu. Yəni ki, Azərbaycanda iş, xeyli maraqlı sahələr var, ancaq onlar xüsusən Formula 1-ə vaxt ayırır və bunu peşəkar səviyyədə yerinə yetirirdilər. Bununla yanaşı yarış direktoru və FİA-nın prezidenti də Bakıda idi. Onlar da fəaliyyətimizi yüksək qiymətləndirdilər. Biz bununla bütün dünyaya sübut etdik ki, azərbaycanlı xanımlar hər çətin işin öhdəsindən gələ bilər".bandicam 2022 06 15 16 55 52 851

bandicam 2022 06 15 16 56 07 875

bandicam 2022 06 15 16 56 21 030

bandicam 2022 06 15 16 56 34 165

bandicam 2022 06 15 16 56 38 573