Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyev yığma və klub məşqçiləri ilə görüş keçirib.

Offsideplus.az xəbər verir ki, toplantıda federasiya prezidenti və məşqçilər yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə ediblər.

M.Quliyev velosiped idmanında kütləviliyin təmin olunması və idmançıların hazırlıq prosesində səmərəliliyin artırılmasının vacibliyindən danışıb. O, iş prosesində yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti tapşırıqlarını verib.