"Auto Motor und Sport" saytının yaydığı məlumata görə, "Formula 1" üzrə Azərbaycan və Türkiyə Qran-prilərinin vaxtı dəyişdirilə bilər.

Offsideplus.az xəbər verir ki, buna səbəb Türkiyədə son vaxtlar yoluxma hallarının artmasına görə İngiltərənin bu ölkəni "qırmızı siyahı"ya salmasıdır. 11 - 13 iyunda keçirilməli olan İstanbul Qran-prisindən qayıtdıqdan sonra Britaniya komandaları 10 gün karantində qalmalıdır. Karantinin bitmə tarixi isə  Fransa Qran-prisinin startı (25 - 27 iyun) ərəfəsinə düşür və yarış iştirakçıları bundan razı deyil.

Bu səbəbdən, Türkiyə və Azərbaycan Qran-prilərinin yerini dəyişdirməklə bu problemi aradan qaldırmaq nəzərdə tutulur. Çünki Azərbaycandan qayıdan komandalar üçün heç bir məhdudiyyət tətbiq olunmayacaq.

Mümkün yerdəyişmə üçün iki ölkə hökumətinin razılığının lazım olduğu qeyd olunur. Dəyişiklik təsdiqlənsə, Bakı trası bir həftə gec söküləcək.

Xatırladaq ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçirilməlidir.