İngiltərədə yaşayan Cəmil Həsənli Rocers adlı soydaşımız "Formula-4"də iştirak etmək imkanı qazanıb.

Cəmil Böyük Britaniyada yaşasa da, indiyə qədər kartinq turnirlərində Azərbaycanı təmsil edib. 2019-cu ildə SuperOne kimi tanınmış kartinq yarışında bürünc medal qazanıb. İndi isə hədəfi böyüyüb - "Formula-4"ə qatılıb, ölkəmizi təmsil etməklə özünü sınamaq istəyir. Lakin bunun üçün ciddi məbləğ tələb olunur.

Offsideplus.az xəbər verir ki, həmin vəsaiti tapa bilməyən 15 yaşlı gəncin anası Dilarə Həsənli Rocers iş adamlarına, imkanlı şəxslərə səslənib. Xanım valideynin oğlunun "instagram" səhifəsi vasitəsi ilə dediklərini təqdim edirik.