"Formula 1" üzrə builki Azərbaycan Qran-prisi də baş tutmaya bilər.

Offsideplus.az  xəbər verir ki, bu iddia ilə "Auto Motor und Sport" nəşri çıxış edib. Trası qurmaq və şəhəri yarışa hazırlamaq üçün ən azı 7 həftə vaxt lazımdır, üstəlik ölkəyə xaricdən işçilər gəlməlidir. Lakin səyahət məhdudiyyətləri və ya karantinlə bağlı öhdəliklər işləri çətinləşdirir.

Azərbaycandakı yarışdan başqa Monako və Kanada Qran-prilərinin də taleyi bəlli deyil. Yekun qərarın fevralın sonlarında veriləcəyi gözlənilir. Bu üç Qran-pridən birinin ləğvi Türkiyədə "Formula 1" yarışının keçirilməsi üçün zəmin yarada bilər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda gerçəkləşməlidir.