"Formula 1" üzrə daha 3 Qran-pri ləğv oluna bilər. 

Offsideplus.az xəbər verir ki, "Mercedes"in icraçı direktoru Toto Volf jurnalistlərə açıqlamasında Amerika qitəsindəki bəzi yarışların ləğv oluna biləcəyini bildirib"

"Oktyabr - noyabr üçün planlaşdırılan ABŞ, Meksika və Braziliyadakı yarışlar təhlükə altındadır. Hazırda bu ölkələrə gedə bilmərik. "Formula 1"in icraçı direktoru Çeyz Keri heç bir qapını bağlamaq istəmir. Ancaq düşünürəm ki, həmin ölkələrə getməyəcəyik".

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq. 

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.